Avtometall.az – avtomobil ehtiyat hissələrinin alqı-satqısını rahat və sərfəli yolla həyata keçirməniz üçün yaradılıb.
Heç kəs üçün sirr deyil ki, avtomobil təmiri xeyli zaman, araşdırma və müqaisə tələb edən bir prosesdir.
Avtometall.az saytı xidmətlərini təklif etməzdən öncə…
- Ehtiyat hissəsi tapmaq üçün bir çox avtomobil ehtiyat hissəsi satan yerləri gəzməli olurduq.
- Axtardığımız ehtiyat hissəsini tapdıqda onun həqiqi qiymətini öyrənmək üçün müqaisə edəcək variantlar olmurdu.
- Əlimizdə olan hər hansı ehtiyat hissəsini satmaq istədikdə isə bunun üçün uyğun yer tapa bilmirdik.
- Satmağa yer tapsaq belə real satış qiymətini təyin etmək üçün alternativ variantlari tapmaqda çətinlik çəkirdirk.
Yuxarıda qeyd olunan hər bir bənd, ikinci əl ehtiyat hissələrinin alışı satışı zamanı rast gəlinən əngəllərin kiçik bir hissəsidir.
Araşdırmamız zaman məlum olduki eyni problem yeni ehtiyat hissələrinin alış satışında da olur. Biz avtomobilimizə bir yeni ehtiyat hissəsi tapmaq üçün bir çox mağazaları gəzməli olurduq. Bütün mağazaları gəzməyə vaxtımız və səbrimiz çatmırdı. Bunun nəticəsində baha və ya çox baha qiymətə orijinal olmayan detalı almalı olurduq. Nəticədə bütün digər işlərimiz ləngiyirdi, çünki bir müddət avtomobilsiz qalırdıq.
Bu saytda pulsuz ehtiyat hissəsi yerləşdirməklə yanaşı mağazalar bölməsidə yer alır. Hər mağaza saytda öz onlayn mağazasını yaradır. Bu həm sizin vaxtınıza və pulunuza qənaət etdirir, həmdə mağazaların daha çox alıcı kütləsinə çatmasına kömək edir. Artıq günlərə mağazaları gəzməyə ehtiyac qalmır. Maksimum 30 dəqiqə vaxt ayırmaqla sayt vaistəsilə hansı mağazada, hansı qiymətə ehityat hissələri satılır çox asan tapa biləcəksiz.
Bu saytın digər bir üstünlüyü ondan ibarətdir ki ehtiyat hissəsi alarkən ətraflı axtarış sisteminin köməyi ilə istifadə etdiyiniz avtomobili marka, modelini və hansı hissəsinə detal lazım olduğunu qeyd edirsiz sayt sizə seçdiyiniz avtomobil üzrə həmin ehtiyat hissələrini göstərir. Beləcə siz özünüzə lazım olan ehtiyat hissəsini digər sizə lazım olmayan detallar içərisində axtarmırsız. Bu proses ehtiyat hissəsi satdığınız zamanda eynidi. Elan yerləşdir bölməsində marka, model və ya məhsula uyğun kateqoriya seçməklə elanı sayta düzgün əlavə etdikdə detalınız daha tez satılır. Odur ki ehtiyat hissələrini bizim saytdan almağınızı və satmağınızı tövsiyyə edirik.